Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
16 İyul 2018 18:47 KriminalAğdaş Rayon Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini F.Mikayılov iyulun 3-də şəhər ərazisində içərisində pulu, qızıl əşyaları, mobil telefon, sürücülük vəsiqəsi və eynəyi olan çantasının açıq talama yolu ilə əlindən alındığını bildirib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların İsmayıllı rayon sakini Turan Ağazadə və Ağcabədi rayon sakini Namiq İsmayılov olduqları müəyyən edilib.Soyğunçuluq yolu ilə əldə etdikləri "qənimət" və sənədlər maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31