Toyda qətl törədib aradan çıxan tutuldu

Şirvan şəhərində toyda qətl törədən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Neftçala rayon sakini Azər Əliyev Şirvan şəhəri ərazisindəki şadlıq saraylarının birində aldığı bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb, Sabirabad rayon sakini Teymur Həsənov isə əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Şirvan və Mingəçevir Şəhər Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Fuad Əsgərov Mingəçevir şəhərinin ərazisində saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31