“Opel” yolu keçən piyadanı vurub öldürdü
13 İyul 2018 18:02 KriminalSuraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 12-də saat 16 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Mübariz Səttarov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən paytaxt sakini Cəlal Əlirzayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31