Avtomobil qaçıran dəstə zərəsizləşdirilib

Avtomobil qaçırmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 12-də Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Eldar Alıyev axşam saatlarında Zabrat qəsəbəsi ərazisindən "Opel" markalı avtomobilinin qaçırıldığını bildirib.Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil qısa müddətdə Zabrat-1 qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun  Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədtağıyev olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31