Yasamalda qətl törədilib
13 İyul 2018 17:53 KriminalBakı şəhərinin Yasamal rayonunda qətl hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanın kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31