Bakıda dəhşətli qətl : Qardaş bacısını öldürdü

Bakıda 42 yaşlı qadın qardaşı tərəfindən öldürülüb.

"Report"un xəbərinə görə, Yasamal rayonunda 1976-cı il təvəllüdlü Xanım Bayramova kirayə yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

Onu qətlə yetirən qardaşı 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb.

Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31