Dənizdə faciə — İki azyaşlı boğuldu
13 İyul 2018 10:02 KriminalQaradağ rayonu ərazisində çimərlikdə 2 azyaşlı oğlan batıb.
"Ölkə.Az"ın məlumatına görə, 2005-ci il təvəllüdlü Rzayev Rüfət Bəşir oğlu və 2008-ci il təvəllüdlü Ağazadə Yusif Ağaəli oğlu ailə üzvləri ilə birlikdə dənizdə çimərkən nəzarətsiz qaldıqlarından batıblar. Uşaqlara valideyinləri də kömək edə bilməyiblər. Azyaşlıların meyiti FHN-nin Sularda Xilasetmə Dövlət xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılıb. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb. Faktla əlaqədar Qaradağ rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31