Daşkəsən sakinin həmyerlisini güllələyib

Daşkəsən rayon sakini odlu silahdan açdığı atəşlə həmyerlisini güllələyib.

Daşkəsən rayon sakini odlu silahdan açdığı atəşlə həmyerlisini güllələyib.

DİN-dən "Olaylar"a verilən məlıumata görə, rayonun Əmirvar kəndi ərazisində kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açıb. Nəticədə E.Məmmədov yüngül xəsarət alıb. S.Məmmədov Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan "TOZ-16" markalı tüfəng götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31