Bakıda gənc oğlan özünü qatarın altına atdı
10 İyul 2018 18:54 KriminalMetronun "Əhmədli" stansiyasında gənc oğlan özünü qatarın altına atıb.
Hadisə "Əhmədli" stansiyasının 1-ci yolunda baş verib:
1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyev saat 17.03-də özünü qatarın altına atıb.
Dərhal qatarın hərəkəti dayandırılıb. Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb.
Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31