Bakıda “Təcili yardım” maşını qəzaya düşüb: həkim, tibb bacısı və turist xəsarət alıb

Bakı şəhərində “Təcili yardım” maşını qəzaya düşüb.

Bakı şəhərində "Təcili yardım" maşını qəzaya düşüb.

Nərimanov rayonunda 8 saylı Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı "Təcili yardım" maşını ilə "Daewoo" markalı avtomobil toqquşub. Nəticədə "Təcili yardım" maşınında olan həkim Fidan Rəcəbova və tibb bacısı Gülnarə Hüseynova, həmçinin "Daewoo"nun sərnişini, BƏƏ vətəndaşı, 1950-ci il təvəllüdlü Bosaid Salima xəsarət alaraq xəstəxanaya yerləşdırılıblər.

Faktla bağlı araşdırma aparılır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31