Biləsuvarda qaynata kürəkənini güllələdi

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

İyulun 10-na keçən gecə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan Vasif Babayevin güllə yarası alması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq və əməliyyat tədbirləri ilə V.Babayevin evində qohumu - qaynatası Valeh Hüseynovun tüfəngdən açdığı atəşdən xəsarət aldığı müəyyən edilib. Görülmüş tədbirlərlə V.Hüseynov saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31