Göygöldə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib

Göygöl rayonunun Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 8-də saat 18 radələrində Göygöl rayonunun Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ceyhun Əliyevin idarə etdiyi "VAZ-21015" və Gəncə şəhər sakini Rövşən Verdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Əliyevin 2 sərnişini, habelə R.Verdiyev və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər. V.Verdiyeva orada ölmüşdür. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31