Rusiyadan residivist ekstradisiya olunacaq
Rusiyanın Voloqda vilayətinin Şeksnı rayonundakı həbsxanada cəza çəkən şəxs Azərbaycan ekstradisiya olunacaq.
9 İyul 2018 15:50 KriminalRusiyanın Voloqda vilayətinin Şeksnı rayonundakı həbsxanada cəza çəkən şəxs Azərbaycan ekstradisiya olunacaq.
Rusiya kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, Azərbaycan vətəndaşı olan cinayətkar 2017-ci ildə Tolyattidə adam oğurladığı üçün 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun 2005-ci ildə Azərbaycanda 2 nəfəri öldürməyə cəhd etdiyini üçün axtarıldığı da üzə çıxıb.
Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında, o Bakıya deportasiya olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31