Masazırda 6 otaqlı ev yanıb

Abşeron rayonunun Masazır kəndində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə  ikimərtəbəli 6 otaqlı evə bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış mətbəx mebeli 5 m² sahədə və evin pəncərə çərçivəsi 2 m² sahədə yanmışdır. Yüksək temperaturdan yaxınlıqdakı hamamın plastik qapısı ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31