Yolu keçən piyadanı maşın vurub öldürüb

Abşeron tayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Abşeron tayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iyulun 8-də saat 22 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Rasim Cəfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Moskviç" markalı avtomobilin sürücüsü, kənd sakini Nurlan Müseyibov saxlanılıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31