Evdən qızıl aparan şəxs yaxalanıb
Bakıda evdən qızıl, noutbuk oğurlayan Sumqayıt sakini tutulub.
9 İyul 2018 12:57 KriminalBakıda evdən qızıl, noutbuk oğurlayan Sumqayıt sakini tutulub.
Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 19-da rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl əşyalar, 2 ədəd noutbuk və 2 ədəd bank kartını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramin İsgəndərov saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31