İki gündə 4 nəfər ölüb, 11-i yaralanıb
9 İyul 2018 11:16 KriminalDaxili İşlər Nazirliyi iyul ayının 7-dən 9-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
Nazirlikdən "Olaylar"abildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 175 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.