Oğruların digər əməlləri ifşa edilib
Oğurluq etdiklərinə görə saxlanılmış şəxslərin digər cinayət əməlləri aşkar edilib.
6 İyul 2018 18:23 KriminalOğurluq etdiklərinə görə saxlanılmış şəxslərin digər cinayət əməlləri aşkar edilib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiklərinə görə saxlanılmış Zaur Suleykinin və İlkin Salayevin ətraflarında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların mayın 14-dən iyulun 11-dək olan müddətdə Biləcəri qəsəbəsindəki 3 evdən ümumilikdə 2300 manat və mobil telefon, 200 manat dəyərində qızıl əşyalar və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31