Avtoqəzada 2 nəfər ölüb, 2-si yaralanıb
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
6 İyul 2018 18:43 KriminalBiləsuvar rayonunun Xırmandalı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 5-də saat 4 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Əli Kərimlinin idarə etdiyi "İsuzu" (yük) və Cəlilabad rayon sakini Rəşad Həsənovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Həsənov və sərnişinlərindən həmyerlisi Saməddin İsmayılov hadisə yerində ölmüş, digər iki sərnişini xəstəxanaya yerləşdirilmişlər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31