Evdən 5 min manatlıq qızıl oğurlayan şəxs tutulub

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Əliyev saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan N.Əliyev iyulun 4-də rayon ərazisindəki evlərin birindən 5 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31