Əyləncə mərkəzində ölüm-attraksiondan yıxılaraq öldü

Novxanıda əyləncə mərkəzində baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

"Olaylar" xəbər verir ki, iyulun 5-də Novxanıda yerləşən əyləncə mərkəzində baş vermiş ölüm faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, ötən gün Novxanıda yerləşən əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31