AMEA-da direktor işləyən şəxs məhkəməyə məcburi gətirildi - "reket" jurnalistin cinayət işi
6 İyul 2018 13:21 Kriminal"Reket" jurnalist məhkəmə qarşısına çıxarılıb. O, etdiklərini xatırlamadığını söyləyir.
Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun məhkəməsi keçirilib.
Hakim Zeynal Ağayevin icraatında olan prosesdə şahid qismində Bayram Babayev dindirilib. O, ötən prosesə gəlmədiyi üçün barəsində məcburi gətirilmə qərarı çıxarılmışdı. AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru olan Bayram Babayev ifadəsində təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığı deyib.
O, A.Abbasovla görüşdüyünü deyib: "Bir yerdə masa arxasında oturmuşduq. Pul istədi. Köməklik niyyəti ilə ona pul vermişəm. Heç bir
problemimiz olmayıb. Qarşılığı olmadan köməklik etmişəm".
Növbəti məhkəmə prosesi iyulun 13-də davam edəcək.
Rəsmi açıqlamaya görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu (Azər Naxçıvani) xidmətə dəvət olunaraq, hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Musavat.com