Turistin pulunu oğurlayan qadın tutulub
6 İyul 2018 12:48 KriminalBakıda əcnəbi vətəndaşdan oğurluq edilib.
DİN-dən "Olaylar"a bildirlib ki, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31