Neftçalada kompressor sexi yanıb
5 İyul 2018 14:23 KriminalNeftçala rayonunun Mirqurbanlı kəndində kompressor sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 210 m2 olan kompressor sexinin lambirdən ibarət tavanı və dam örtüyünün taxta atmaları 170 m2 sahədə yanmışdır. Sexin qalan hissəsi və yaxınlıqda olan anbar yanğından mühafizə olunmuşdur.
Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31