Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 3-də saat 4 radələrində Salyan rayonu ərazisində Bakı şəhər sakini Pirvəli Piriyev idarə etdiyi "KamAZ" markalı avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31