Avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 3-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Beyləqan rayon sakini Əli Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Firuddin Ağayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31