Bərdədə dəhşətli yol qəzası-ölən və yaralananlar var
4 İyul 2018 18:12 KriminalBərdə rayonunun Əmirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 3-də saat 1 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində Xanərəb kənd sakini Cavid Abdullayevin idarə etdiyi "Hyundai" və Bakı şəhər sakini Elvin Abışovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Abışov hadisə yerində, xəstəxanaya yerləşdirilmiş sərnişini olan qardaşı Təbriz isə orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31