İki qardaş yol qəzasında həlak oldu

İyulun 3-də saat 1 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində Xanərəb kənd sakini Cavid Abdullayevin idarə etdiyi "Hyundai" və Bakı şəhər sakini Elvin Abışovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub. DİN-dən "Olaylar"a verilən məlumata görə, E.Abışov hadisə yerində, xəstəxanaya yerləşdirilmiş sərnişini olan qardaşı Təbriz isə orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31