Kürdə batan şəxsin cəsədi tapılıb

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun axtarışları başa çatmışdır.

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun axtarışları başa çatmışdır.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, E.İsgəndərovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31