Qubada “Belarus” aşıb - sürücü hadisə yerində ölüb
4 İyul 2018 15:04 KriminalBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Qımılqazma kəndində "Belarus" markalı traktor aşmışdır.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri sürücü, 1953-cü il təvəllüdlü Nadirli Hafiz Müslüm oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31