Gədəbəydə 10 otaqlı ev yanıb
4 İyul 2018 15:01 KriminalGədəbəy rayonunun Alnabat kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 500 m² olan üçmərtəbəli 10 otaqlı evin dam örtüyünün və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31