Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb
29 İyun 2018 17:29 KriminalGöyçay rayonunun Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a veriln məlumata görə, iyunun 29-da saat 1 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Ləkçıplaq kənd sakini Sabir Seyidov idarə etdiyi "VAZ-21074" markalı avtomobili aşırmışdır. Nəticədə S.Seyidovun sərnişinlərindən Rüstəm Həmidov hadisə yerində ölmüş, özü və digər sərnişini xəstəxanaya yerləşdirilmişlər. Göyçay RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31