Atasını bıçaqlayıb suda boğdu
28 İyun 2018 17:19 KriminalSumqayıt şəhər dəniz çimərliyində Corat qəsəbə sakini Elşən İsgəndərovun meyit tapılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılması barədə daxil olmuş məlumatla əlaqədar Sumqayıt şəhər polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Corat qəsəbə sakini Elşən İsgəndərov olduğu müəyyən edilib. Araşdırmalarla iyunun 26-da saat 20 radələrində Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində E.İsgəndərovla oğlu İsmayıl arasında baş vermiş münaqişə zəminində sonuncunun onu bıçaqlaması və suda boğması müəyyən edilmişdir.Görülmüş tədbirlərlə İsmayıl saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.