Zərdabda dəhşətli yol qəzası - ölən və yaralananlar var
22 İyun 2018 18:20 KriminalZərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 21-də saat 10 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi "VAZ-2107" və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub. Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış 2 sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.
Zərdab RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31