Avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 21-də saat 16 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Natiq Həsənov idarə etdiyi "VAZ-21214" markalı avtomobillə yolu keçən qəsəbə sakini Siyab Süleymanovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşıdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31