Kürdə batan yeniyetmənin meyiti 4 gündən sonra tapıldı
İyunun 18-də Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.
22 İyun 2018 14:54 Kriminalİyunun 18-də Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, , C. Əlilinin meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31