Azərbaycanlılar Türkiyədə saxlanıldı: xaricə qaçamaq istəyərkən...

Türkiyənin Ədirnə şəhərində polis əməliyyat keçirib.

Əməliyyat zamanı qanunsuz yollarla xaricə qaçmaq istəyən 77 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin Azərbaycan, Suriya, İraq, Əfqanıstan, Fələstin, Tunis, Mərakeş və Əl Cəzayir vətəndaşları olduğu bildirilir.

Onlar deportasiya edilmək üçün Ədirnə Miqrasiya İdarəsinə göndəriliblər.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31