Bakıda “Bravo”nun rəhbər şəxsini döydülər

Bakıda  "Bravo" marketlər şəbəkəsinin vəzifəli şəxsi döyülüb. Məlumata görə, hadisə  "Bülbül Ekspres" filialında olub.

İnsan resursları şəbəsinin müdir müavini Pənah Ruşanov firma əməkdaşı tərəfindən döyülüb.

Belə ki, P. Ruşanovun istehsal tarixi olmayan malı qəbul etməməsi firma əməkdaşının etirazına səbəb olub. Daha sonra tərəflər arasında mübahisə yaranıb.

Firma işçisi isə market rəsmisini döyüb. Aldığı zərbələrdən ağır xəsarət alan P. Ruşanov xəstəxanaya aparılıb.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31