Bakıda qardaş bacısını qanına qəltan etdi
22 İyun 2018 10:43 KriminalBinəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində, səhər saatlarında qeydə alınıb.Ruslan Allahverdiyev küçəsi 19 ünvanında 1974-cü il təvəllüdlü Rəqsanə Mustafayeva qardaşı ilə ailə münaqişə zəminində mübahisə edib.Mübahisə zamanı qardaşı əvvəlcə R.Mustafayevanı döyüb, daha sonra ona bıçaqla zərbələr endirib.Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti sabit ağırdır.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.İstintaq araşdırmaları aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31