Evdən oğurluq edən yeniyetmə saxlanıb

Xəzər rayonunun Şimal DRES qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

Xəzər rayonunun Şimal DRES qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-nə keçən gecə Şimal DRES qəsəbəsindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31