Tərtərdə evi qarət edən şəxs tutulub
Tərtər rayonu ərazisindəki evlərin birindən qarət etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
20 İyun 2018 15:54 KriminalTərtər rayonu ərazisindəki evlərin birindən qarət etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon ərazisindəki evlərin birindən qızıl əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Ramin Əliyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən 1600 manat və 100 ABŞ dolları pul oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31