Bakıda "Nanəli" restoranı YANIR

"Nanəli" restoranında yanğının söndürülməsi işləri davam etdirilir.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.

Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.

***

Bakıda restoran yanır.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31