Hacıqabulda ağır yol qəzası

Hacıqabulda ağır yol qəzası baş verib.

APA  xəbər verir ki, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

"Tofaş" markalı 10 CC 011 dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir aralığa çırpılıb.

Nəticədə sürücü Lerik sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə  xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31