Sərhəd zonasında külli miqdarda çətənə kolu aşkarlandı
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ağstafa rayonunun Sadıxlı kəndinin arxa hüdudunda “Qarayazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km aralıda aşkarlanmış sahədə aqrotexniki qulluq olunmamış, hündürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyənləşib.
12 İyun 2018 13:24 KriminalDövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ağstafa rayonunun Sadıxlı kəndinin arxa hüdudunda "Qarayazı" dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km aralıda aşkarlanmış sahədə aqrotexniki qulluq olunmamış, hündürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyənləşib.
DSX-in mətbuat mərkəzindən "Olaylar"a bildirilib ki, qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə təsərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.