Qardaşının avtomobilini yandıran tutulub

Yevlaxda qardaşının avtomobilini yandıran şəxs tutulub.

Yevlaxda qardaşının avtomobilini yandıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iyunun 9-da Yevlax şəhəri ərazisində şəhər sakini Nizami Məmmədov qardaşı Vaqifə məxsus "Mercedes" markalı avtomobili qəsdən yandırıb. N.Məmmədov Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31