Evlərə qənim kəsilən şəxslər ələ keçiblər

Oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinlri saxlanıblar.

Oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinlri saxlanıblar.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də rayon ərazisindəki evlərin birindən 750 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini Asif Ağayev və Fatmayı qəsəbə sakini Asif Şıxıyev saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların  mart ayı ərzində daha 2 evdən sənəd, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31