Köməksiz qalmış sürücü və sərnişin xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "Opel" markalı minik avtomobili dirəyə çırpılıb. Qəza zamanı minik avtomobilində olan 2 nəfər (sürücü və sərnişin) xəsarət almış və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən "Olaylar"a bildirilib ki,  Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralıları müvafiq qaydada minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31