Neftçala rayonunda vətəndaşa məxsus 8 otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31