Bakı metrosunda bədbəxt hadisə: azyaşlının qolu...
"Bakı Metropoliteni" QSC-nin "28 May” stansiyasında insident olub. 2 yaş 4 aylıq uşağın qolu qatarın qapısı ilə divarı arasında qalıb.
11 İyun 2018 13:52 Kriminal"Bakı Metropoliteni" QSC-nin "28 May" stansiyasında insident olub.
2 yaş 4 aylıq uşağın qolu qatarın qapısı ilə divarı arasında qalıb.
Hadisə "Dərnəgül"-"Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarda qeydə alınıb. Qatarda olan sərnişinlər güc tətbiq edərək qapını geriyə çəkiblər və uşağın qolu çıxarılıb. Zərərçəkmiş təcili olaraq stansiya rəhbərliyinə təhvil verilib. Uşağı müayinə etmək üçün təcili tibbi yardım çağırılıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31