Avtobus qəzası ilə bağlı rəsmi açıqlama
İyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.
11 İyun 2018 13:35 Kriminalİyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi "Daewoo" markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.
Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə nəticəində M.Namazov və avtobusun sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdirillər. M.Namazov orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.